SON XƏBƏRLƏR

Astara şəhəri ərazisində qayda pozuntusuna yol verən iki sürücü saxlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 oktyabr tarixində Report.az-a istinadən verir.

Belə ki, “Vaz 21070” markalı avtomobilin sürücüsü, rayon sakini S.Eyvazov və “Vaz 21011” markalı avtomobilin sürücüsü, rayon sakini T.Əfsəlovun  narkotik vasitə qəbul etməsinə dair şübhələr yaranıb. Onların müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib.

Müayinənin nəticəsinə əsasən, S.Eyvazov və T.Əfsəlovun narkotik vasitədən istifadə etdikləri məlum olub.

Həmin şəxslərin barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Astara Rayon Məhkəməsinə göndərilib.