Astara şəhərinin kəndlərlə birləşdirən yol yararsız vəziyyətdədir. Bu haqda məlumat bu gün, 8 oktyabr tarixində Cenublu.az-a daxil olub.
Belə ki, əsasəndə yağıntılı havalarda asfaltdakı çökəkliklər su ilə dolur. Bu da əhalinin gediş-gəlişində çətinliklər yaradır. “Piyada yolu da yoxdur, məcburən yol qirağı ilə gedirik. Lakin avtomobillər keçərkən yoldakı suyu üstümüzə sıçradırlar”-deyə bir sakin söyləyib.
Qeyd edək ki, bu yol Astara rayonunu kəndlərlə birləşdirən yeganə yoldur. Sım kəndindən savayı həmçinin, Dürriyyə, Pəlikəş, Şəvqo və Asnaxanakəran kənd sakinləri də bu yoldan istifadə edirlər.
