SON XƏBƏRLƏR

Astara rayonunun 15 kəndinin 10 mindən yuxarı əhalisinin istifadə etdiyi yolda torpaq sürüşməsi aktivləşib. Bu haqda məlumatı bu gün, 14 dekabr tarixində Apa verib.

Sürüşmə Deqədi-Pəlikəş avtomobil yolunun rayonun Vənəşikəş, Ağkörpü kəndlərindən keçən və Şümrüd kəndinə yaxın hissələrində qeydə alınıb.

Sakinlərin sözlərinə görə, yol pis vəziyyətdə olduğundan taksi onları 5-6 dəfə daha baha qiymətə aparır. “3-4 ildir bizim yollarımız pis gündədir. 1 manatlıq yolu taksi 5-6 manata aparır. Kimin ki şəxsi avtomobili var ustanın yanından çıxmır. Qazancımız elə bu yollara gedir”,-deyə sakinlər deyiblər.

“Bu yolda tez-tez sürüşmələr olur. Dəfələrlə əraziyə qum və çınqıl döşənsə də, yol yararsız vəziyyətdədir. Yağış yağanda isə yoldakı çətinlik bir qədər də artır” – deyə digər sakin qeyd edib.

Astaranın Pəlikeş, Sım kəndləri öz füsunkar təbiəti ilə məşhurdur və il ərzində istirahətə gələn yerli və əcnəbi turistlər də bu yoldan istifadə edirlər.

Qeyd edək ki, tikintisinə 6,7 milyon manata başa gələn Deqədi-Pəlikəş avtomobil yolu 6 il bundan qabaq istifadəyə verilib. Həmin vaxtdan indiyədək yolda dəfələrlə torpaq sürüşmələri və uçqunlar baş verib.

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər