SON XƏBƏRLƏR

Astaranın “Bağ” məhəlləsi kimi tanınan məhəlləsində yol bərbad vəziyyətdədir. Bu haqda bu gün, 3 oktyabr tarixində Cenublu.az Xəzər TV-yə istinadən xəbər verir.

Sözügedən yol rayonun Ərçivan qəsəbəsində yerləşir. Sürücülər yolun pis vəziyyətdə olması səbəbindən yollarını uzadırlar. Bu da sakinlər üçün vaxt itkisi və əlavə xərc deməkdir.

150 ailənin yaşadığı məhəllədə yağışlı günlər daha çətin keçir. Yolda asfalt örtüyü olmadığından yağış yağdıqda hər yer palçıq olur.

Məsələ ilə bağlı ərazi üzrə bələdiyyə sədri Mehman Quliyev bildirib ki, ötən il sözügedən ərazidə yolun 500 metrlik hissəsinə asfalt çəkilib. Məktəbə aparan yollara isə gələn il asfalt döşənəcək. Mehman Quliyev əlavə edib ki, vətəndaşların daha çox narazılıq etdikləri yoldan təsərrüfat işləri məqsədilə istifadə edilir.

Sakinlər yolun tez bir zamanda təmir olunacağına ümid edirlər.