SON XƏBƏRLƏR

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti İranın Astara şəhərində səfərdə olub. Bu haqda məlumatı bu gün, 8 dekabr tarixində Cenublu.az nazirliyin saytına istinadən verir.

Belə ki, nəqliyyat sahəsi ilə bağlı məsələlərin müzakirə edilməsi məqsədilə Azərbaycan nümayəndə heyəti İranın yol və şəhərsalma nazirinin müavini Xeyrullah Xademinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Astaraçay çayı üzərində avtomobil körpüsünün və piyada keçidinin tikintisi ilə bağlı maliyyə, sərhəd, gömrük, ekologiya məsələləri müzakirə edilib.

Səfər zamanı nümayəndə heyəti tikiləcək körpünün ərazisinə və Astara (İran) Terminallar Kompleksinə baxış keçirib və bu kompleksin yükaşırma imkanlarının artırılması ilə bağlı danışıqlar aparılıb.