SON XƏBƏRLƏR

2022-ci ilin əvvəlində Astara rayonunda avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımalarının sayı artıb. Bu haqda məlumatı bu gün, 5 fevral tarixində Azertac verib.

Belə ki, 2022-ci ilin əvvəlinə olan statistikaya görə avtomobillərin sayı 9531 ədəd təşkil edib, bu da bir il ərzində 8,9 faiz və ya 775 ədəd artım deməkdir. Avtomobillərin 84,7 faizini sərnişin minik avtomobilləri, 12,7 faizini yük avtomobilləri, 1,8 faizini avtobuslar, 0,3 faizini xüsusi təyinatlı avtomobillər, 0,5 faizini isə digər avtomobillər təşkil edib.

Qeyd edək ki, avtomobillərin 98,3 faizi və ya 9367 ədədi vətəndaşların mülkiyyətində olmaqla, onların 8026 ədədi şəxsi minik avtomobilləridir.