SON XƏBƏRLƏR

Astarada baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində 20 yaşlı gənc vəfat edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 oktyabr tarixində verir.

Hadisə şəhərin H.Əliyev prospektində baş verib. Qəza zamanı Ərçivan qəsəbə sakini, 19 yaşlı İmaməli Arif oğlu Əliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yağışlı havada idarəəetməni itirərək yolun kənarındakı ağaca çarpılıb. Nəticədə sürücü yüngül xəsarət alıb.

20 yaşlı sərnişin İmaməli İsmayıl oğlu Hüseynov isə aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.