SON XƏBƏRLƏR

Lənkəranda yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 23 may tarixində Cenublu.az xəbər verir.

Hadisə Aşağı Nüvədi kəndində baş verib. “Opel” markalı avtomobil “Ford” markalı avtomobillə toqquşub. Daha sonra yoldan çıxan “Opel” yol kənarında dayanan avtomobilə çarpılıb.

Hadisə yerinə DYP-nin əməkdaşları cəlb olunublar. Xoşbəxtlikdən qəza nəticəsində xəsarət alan olmayıb.