Astarada sakinlərə gediş-gəlişin rahatlığını təmin etmək üçün yol təmir olunub. Bu haqda bu gün, 10 dekabr tarixində Cenublu.az xəbər verir.
Sözügedən asfaltsalma işləri təqribən 10 gün öncə rayonun Ərçivan qəsəbəsində görülüb. Ərçivan qəsəbəsi 3 saylı orta məktəbin yaxınlığındakı məhəlləyə asfalt örtüyü çəkilib.