Astarada yağan yağışlardan sonra körpü qəzalı vəziyyətə düşüb. Bu haqda bu gün, 15 may tarixində Cenublu.az Report.az-a istinadən xəbər verir.
Sözügedən körpü Səncərədi kəndində yerləşir. Pensərçayın daşması nəticəsində sel suları əkin sahələrinə dolub. Eləcə də meyvə bağlarına ciddi ziyan dəyib.
Bununla yanaşı, kənd yolunun bir hissəsi sel suları səbəbindən dağılıb. Təxminən 10 ev üçün təhlükə yaranıb.
Ümumilikdə cənub bölgəsində yağan intensiv yağışlar çaylarda səviyyəni artırıb.
Rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir.