Lənkəran rayonundakı kəndin sakinləri yollarında asfalt örtüyünün ümumiyyətlə olmamasından narazıdırlar. Bununla bağlı bu gün, 30 mart tarixində sakinlər Cenublu.az-a müraciət ediblər.
Söhbət rayonun Bəliton kəndindən gedir. Cənub zonasının daim yağıntılı olması səbəbindən kəndin yolları həmişə palçıqlıdır. Redaksiyamıza müraciət edən sakin bildirir ki, ərazidə 70-ə yaxın ailə yaşayır. Şagirdlərin tez-tez istifadə etdikləri yoldan rezin çəkmələrin köməyi ilə keçmək olur.
Aidiyyəti qurumlara müraciət edən sakinlər məsələnin tez bir zamanda həll olunacağını səbrsizliklə gözləyirlər.