SON XƏBƏRLƏR

Turistlərin daim üz tutduğu Xanbulan gölünə gedən yol uzun müddətdir ki, dağınıq haldadır. Bu haqda, 17 yanvar tarixində Cenublu.az xəbər verir.

Sözügedən yol uzun zamandır ki, təmir olunmur. Çox istifadə olunan yoldan hər gün turist marşrutları keçir. Sakinlərin də tez-tez istifadə etdiyi yolda işıqlandırma olmadığından qəzalı şəraitlər yaranır.

Qeyd edək ki, yol 7 aydan çox müddətdir eyni vəziyyətdə qalıb. Sakinlər məsələnin tez bir zamanda həll olunacağına ümid edirlər.