SON XƏBƏRLƏR

Cəlilabadda ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 yanvar tarixində Report.az-a istinadən verir.

Hadisə Göytəpə şəhəri ərazisində qeydə alınıb. Çünzəli kənd sakini Mərhəmət İsmayılov idarə etdiyi “Ford Tranzit” markalı yük avtomobilini əkin sahələrinin birində piyadalar və nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş torpaq yolda geriyə hərəkət etdirərkən ehtiyatsızlığa yol verib. O, 39 yaşlı Xəlilabad kənd sakini Nuridə Nuriyevanı vurub.

Qadın xəstəxanaya çatdırılsa da, çoxsaylı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Araşdırmalar aparılır.