Lənkəranda yol kənarına atılan tullantılar sakinləri narahat edir. Bu haqda bu gün, 8 dekabr tarixində Cenublu.az xəbər verir.
Sözügedən hal şəhərin Nizami küçəsində müşahidə edilib. Sakinlər bildirir ki, şəhərin 3 saylı məktəbinin qarşısındakı məkanda zibil qutusu yoxdur. Bu ərazi daim tullantılarla dolur.
Həmçinin qeyd olunur ki, tullantılara görə ərazini üfunət bürüyür.