SON XƏBƏRLƏR

Lənkəran şəhərindəki Müzəffər Nəsirli küçəsinin çala-çuxurlu yolları sakinlərin hərəkətı üçün çətinlik yaradır. Bununla bağlı onlar bu gün, 10 noyabr tarixində Cenublu.az-a müraciət ediblər.

Belə ki, 22 ailənin yaşadığı Müzəffər Nəsirli küçəsi, döngə 2-in sakinləri gediş-gəlişdə çətinlik çəkdiklərini bildiriblər.

“Bizim küçə çox istifadə edilən küçələrdən biridir. Bu yolun sonu Böyük bazara çıxır. Keçən il aidiyyəti üzrə dəfələrlə müraciət etdik. Bizə tezliklə təmir olunacağını desələr də, hələ ki heç bir iş görülməyib”, – deyə sakinlər bildiriblər.

Müzəffər Nəsirli
Müzəffər Nəsirli
Müzəffər Nəsirli
Müzəffər Nəsirli
Müzəffər Nəsirli
Müzəffər Nəsirli Müzəffər Nəsirli Müzəffər Nəsirli Müzəffər Nəsirli Müzəffər Nəsirli