SON XƏBƏRLƏR

1978-сi ildə astaralı tarixçi və şərqşünas Ziya Bünyadovun “Azərbaycan Atabəyləri dövləti (1136-1225-ci illər)” adlı kitabı nəşr olunub [1]. Bu, onun ikinci böyük əsəri hesab edilir [4].

Kitabda Azərbaycan Atabəyləri dövlətində idarəetmə üsulu məsələləri ilk dəfə olaraq nəzərdən keçirilib. Bu əsərdə dövlətin mədəni həyatı, vergi sistemi, şəhər və saray iyerarxiyası, əkinçilik və torpaqdan istifadə edilməsi qaydası yeni formada təhlil olunub [1].

1978-ci ildə kitab çapdan çıxdıqdan sonra çox sayda müsbət rəylər və yüksək qiymət alıb [3]. Bu səbəbdən Bünyadovun “Azərbaycan Atabəyləri dövləti (1136-1225-ci illər)” kitabı 1980-ci ildə Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb [2,4].

1978-сi ildə əsər rus dilində nəşr olunub [1]. 1985-ci ildə həmin kitab Azərbaycan dilində çap edilib [6]. Bundan əlavə, 2007-ci ildə “Azərbaycan Atabəyləri dövləti (1136-1225-ci illər)” kitabı yenidən çapa buraxılıb.

Heydər Əliyev 14 oktyabr 1999-cu ildə Naxçıvan şəhərində olarkən öz çıxışında Bünyadovun bu kitabı haqqında deyib: “Akademik Ziya Bünyadovun əsəri, deyə bilərəm ki, Azərbaycan tarixində yazılmış ən qiymətli əsərlərdən biridir… Bu əsərə qədər Atabəylər dövləti və Azərbaycanın XII əsrdəki dövlətçilik tarixi məlum deyildi…” [5].

Ədəbiyyat:

  1. Зия Буниятов. Государство Атабеков Азербайджана (1136-1225 годы). Баку-1978.
  2. Mədəniyyət. AZ / 2. 2016.
  3. http://lib.az/persons/2
  4. https://warheroes.ru/hero/hero.asp?Hero_id=1680
  5. https://lib.aliyev-heritage.org/print.php?lang=az&page=4555714
  6. https://science.gov.az/az/institutes/905