SON XƏBƏRLƏR

Lənkəranın Sütəmurdov kəndində, 1 saylı məktəbin arxasında qədim Dairəvi qala
yerləşir. Bu qala Lənkəran qalasının bir hissəsi olub və yarandığı gündən müdafiə və
dayaq məntəqəsi rolunu oynayıb. Qalanın təməlinin nə vaxt qoyulduğu bilinmir, lakin
müxtəlif mənbələrə əsasən, 1747-1786-cı illərdə İran hökmdarı Nadir şahın əmri ilə
Lənkəran qalasıynan birlikdə inşa edilib [1; 6].

XVIII əsrin birinci yarısında Lənkəran xanlığının Rusiya tərəfindən işğalından sonra,
qalanın divarları dağıdılıb. Sonra qalanın binası 1956-cı ilə qədər həbsxana kimi istifadə
edilib. Buna görə yerli əhali buranı Zindan qala və ya Lənkəran həbsxanası adlandırır.
Həbsxana 1857-ci və 1894-cü illərdə təmir edilib. Həbsxana qülləsi isə 1894-cü ildə inşa
edilib. Yerli sakinlərin sözlərinə görə, İosif Stalin həbsinin bir müddətini burada çəkib,
lakin bunun rəsmi təsdiqləməsi yoxdur. Əvvəllər Dairəvi qala ilə Lənkəran mayakı
arasında yeraltı keçid var idi. Bu keçid məhkumları birbaşa mayakdan gizli və sürətli
köçürmək üçün istifadə olurdu. İndi bu yol su ilə dolub və istifadə olunmur.

1970 – 1990-cı illərdə toxuculuq sexi kimi fəaliyyət göstərib. 1990-cı ildən memarlıq
abidəsi kimi qorunur. 2010-cu ildə qalada bərpa işləri aparılıb. 2014-cü ildən binada bir
müddət Lənkəran Şəkil Qalereyası fəaliyyət göstərib. Hal hazırda taixi abidə yarasız
haldadı və onun tam hissəsinin bərpası nəzərdə tutulur.

Mənbələr:
1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı, 2020.
2. https://sputnik.az/photo/20160927/407169417/lenkeran-qala-koba-stalin-ceza.html
3. https://oxu.az/society/301945
4. https://loading.az/20117-dairevi-qala-zindan-qalasi-haqqinda.html
5. https://www.youtube.com/watch?v=kj_WCVPhgZU
6. https://www.jartour.ru/info/dostopr_lenkoran.html

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər