SON XƏBƏRLƏR

Hacı Mahmud Xansuvar oğlu Kərbəlayı 1847-ci ildə Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində, mülkədar ailəsində anadan olub [2]. O, tacir, xeyriyyəçi və XIX əsrin imkanlı adamlarından biri idi. Milyonçu Hacı Zeynalabdin Tağıyev onun dostlarından biri olub.

Tarixçi və geneoloq Rəzzaq Xansuvar öz məqaləsində Hacı Mahmud haqqında yazmışdır: “Talış diyarının tanınmış varlı taciri olmuşdur. Lənkəran sahillərində gəmisi, şəhərdə dükanları, Talış diyarında meşələri olmuşdur. Xüsusən Korqanrud (əvvəllər Talış xanlığının mahalı), Asalim (İran tərəfdə) meşə əraziləri ona məxsus imiş”.

Hacı Mahmud Lənkəran şəhərinin Böyük bazar hissəsində yaşamışdır. O, Məşhəd, Kərbəla və Məkkə şəhərlərində ziyarətlərdə olmuşdur. Hacı Mahmud, həmçinin Paris, İstanbul və Qüds şəhərlərinə səyahət etmişdir. Onun 1904-cü ildə Fransanın Paris şəhərində çəkilən rəsmi bu günədək qalmaqdadır [1].

Hacı Mahmud Kərbəlayının Məhəmməd, Kamil və İbrahimxəlil adlı 3 oğlu olub [1]. İbrahimxəlil Xansuvarov “Fövcül-Füsəha” şairlər məclisinin üzvlərindən biri, şair, pedaqoq, tarixçi və filoloq idi [3].

Hacı Mahmud Kərbəlayı 1914-cü ildə dünyasını dəyişib və Lənkəran şəhərinin Kiçik bazar məhəlləsindəki Sardaxıl qəbiristanlığında dəfn edilib [2].

Ədəbiyyat:

  1. https://ambur.az/talis-taciri-haci-mahmud
  2. http://www.caspi1.org/news/talisin_19_cu_srin_sonlarina_aid_varlilarindan_biri_haci_mahmud_k_rb_layi_xansuvar_oglu_haqqinda_1847_1914/2021-01-21-161
  3. https://ambur.az/tarixci-filoloq-muqeddes-lenkerani
Kənan Əliquliyev
Sizi maraqlandıran

Lənkəranlı idmançı Kənan Əliquliyevi tanıyaq

Kənan Teymur oğlu Əliquliyev 1998-ci ildə Lənkəran şəhərində anadan olub. 2004-cü ildə Lənkəran şəhərində yerləşən “Zirvə” İdman Klubunda ağır atletika idman növü ilə məşğul olmağa başlayıb. Ağır atletika üzrə 2013-cü