Qarğalıq kənd hamamı Masallı rayonunun Qarğalıq kəndində yerləşir. Hamam XIX əsrdə yerli əhali tərəfindən inşa edilib [1].
Kişilər gecələr, qadınlar isə gündüz saatlarında hamamdan istifadə edirdilər. Hamam fəaliyyət göstərən zaman buraya Eminli, Qədirli, Dəlləkli, Şəhriyar və başqa kəndlərin əhalisi də gəlirdi.
Hamam düzbucaqlı formadadır və qırmızı kərpicdən inşa edilib. Binanın iki böyük günbəzi mövcuddur.
Bu hamam sovet dövrünə kimi fəaliyyət göstərib. Qarğalıq kənd hamamı hazırda kənd sakininin şəxsi evinin ərazisində yerləşir və yararsız vəziyyətdədir [2].
Ədəbiyyat:
- Aqşin Əliyev. Masallının tarix və mədəniyyət abidələri – ziyarətgahlar. Bakı-2021.
- https://www.youtube.com/watch?v=pJ9avAmpilU





