SON XƏBƏRLƏR

Böyük hamam Masallı rayonunun Qızılağac kəndində yerləşir. Bu tikili XVIII əsrin sonu – XIX əsrin əvvəlində inşa edilib [2]. Hamam xeyriyyəçi Hacı Məmmədə məxsus olub [1].

Hamam şərq üslubunda tikilib [1]. Tikilinin doqquz günbəzi var. Hamam qazanxanası 3 metr, yuyunma yeri isə 2 metr dərinlikdə yerləşir. Bu hamam çox az miqdarda odunla qızdırılırdı, buna baxmayaraq, tüstünün çölə çıxdığı kanallar hamamın bütün döşəməsi boyu keçirdi və onu “isti döşəmə” sistemi ilə qızdırırdı. Odunlar alışdıqdan sonra qazanxananın üstü kərpiclə örtülürdü və bu, bir neçə gün hamamda istinin saxlanmasına imkan yaradırdı. Hamama su quyu vasitəsilə gəlirdi [2].

Hamamın işlədiyini xüsusi şeypur (musiqi və ya siqnal aləti) vasitəsilə bildirərdilər.

1960-cı illərdə tikiliyə yeni konstruksiyada qızdırıcılar quruldu və hamam mazutla isinməyə başladı [1].

Böyük hamam 1988-ci ilədək fəaliyyət göstərib [2]. Hazırda hamam istifadə üçün yararsız vəziyyətdədir.

Ədəbiyyat: 

  1. Molla Kərbəlayi Nüsrət Qızılağaclı. Qızılağac dünən və bu gün. Bakı-2003.
  2. https://special.azertag.az/az/xeber/1136201
Foto Cenublu.az
Foto Cenublu.az
Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər