SON XƏBƏRLƏR

Kolatan bulaqları Masallı rayonunun Böyük Kolatan və Bala Kolatan kəndlərində yerləşir. Bu bulaqlar orta əsrlərə aid edilir.

Kolatan bulaqlarına “Allahyari honi”, “Çürçür honi”, “Cabbari honi”, “Yolə honi”, “Umburədoy honi”, “Nüsxə honi”, “Sardəxıl” və s. su mənbələri daxildir. Onların adındakı “honi” sözü talış dilindən tərcümədə bulaq deməkdir [1].

Bəzi mənbələrə görə, Talış xanı Mir Mustafa Kolatan, Ərkivan və Bədəlan kəndlərinin ərazisində yerləşən bulaqların suyunu Lənkəran şəhərinə axıtmaq istəyirdi. Bu səbəbdən o, XVIII əsrin sonunda xanlığın şimal hissəsindəki kəndlərdən 40 bulağın suyunu Lənkəran şəhərinə çəkdirmişdi. Su təxminən 30 km uzunluğunda olan gildən hazırlanmış xüsusi borularla yerin altından keçirdi [2].

Ədəbiyyat:

  1. İldırım Şükürzadə, Zahir Əmənov. Masallının tarix və mədəniyyət abidələri. Bakı-2021.
  2. https://masallida.az/100-kolatan.html

Yolə honi
Umburədoy honi
Sardəxıl honi
Cabbari honi
Çürçür honi
Yolə honi Umburədoy honi Sardəxıl honi Cabbari honi Çürçür honi