SON XƏBƏRLƏR

 

Ziyarətgah Bakı-Astara magistral yolunun yaxınlığında, Astara şəhərindən 18 km şimalda, Təngərüd kəndindəki qəbiristanlıqda yerləşir. Yerli əhali tərəfindən, Bobo Cəbrayıl kimi tanınır.

Bu türbənin içərisində Baba Cəbrayıl adlı şəxsin qəbri yerləşir. Yerli əhalinin sözlərinə görə, Baba Cəbrayıl seyid olub və bir zamanlar təqiblərdən qurtarmaq üçün bu əraziyə gəlib. O, İslam dinini təbliğ edən övliyalardan olub. Cəbrayıl adının əvvəlində “baba” sözü işləndiyindən onun böyük ruhani alimi və ya təriqət başçısı olması nəticəsinə gəlmək olar. Baba Cəbrayıla olan inam nəticəsində onun qəbri yerli əhali tərəfindən ziyarətgaha çevrilmişdir.

Məqbərənin eyvan hissəsində Baba Cəbrayılın oğlu, qarşısında isə onun həyat yoldaşının qəbri yerləşir.

İnsanların sözlərinə görə, kənddə keçirilən toy mərasimindən öncə cütlüklər buraya gələrək, Baba Cəbrayıldan xeyir dua alaraq, ailə həyatı qururlar.

Burada 1993-cü ildə təmir-bərpa işləri aparılmışdır.

Pirinin yerləşdiyi qəbiristanlıqda, tunc dövrünə aid kurqan da var. Kurqan pirin adı ilə “Baba Cəbrayıl kurqanı” adlandırılıb.

2013-2014-cü illərdə Baba Cəbrayılın qəbri üzərində qırmızı kərpicdən düzbucaqlı formada məqbərə tikilib. Məqbərənin bir qapısı, üç pəncərəsi var. Pəncərələrdən ikisi yanlarda, biri ön tərəfdə, qapının solunda yerləşir.

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. Gülnar Əsədli. Nura qərq olunmuş Astaram. Bakı-2004.
  3. https://azertag.az/xeber/Astaradaki_Baba_Cebrayil_piri_olke_ehemiyyetli_abide_kimi_qorunur-1554065
  4. https://www.youtube.com/watch?v=0mhA0V5HKYM
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto açıq mənbələr
Aktual

Tarix yazan müəllimlərimizi tanıyaq

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar Cenublu.az Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan qəhrəman müəllimlər haqda məlumat verir.