SON XƏBƏRLƏR

Səbzəpuş kurqanı Masallı rayonunun Mahmudavar kəndində yerləşir.

“Səbzəpuş” sözü talış dilindən tərcümədə “yaşıl təpə” mənasını daşıyır. Ehtimal olunur ki, onun bu cür adlandırılması kurqanın yerləşdiyi mühitlə əlaqəlidir [1].

Kurqanın hündürlüyü 20 metrdən çoxdur. Mahmudavar kəndi dəniz sahilinə yaxın olan ərazidə yerləşdiyindən yerli əhali sahilin yanında dayanan gəmilərə kömək olmaq məqsədilə bu kurqandan mayak kimi istifadə edərək, təpənin üzərində od qalayırdı [2].

Tarix elmləri namizədi Fərman Mahmudov bu kurqan ərazisində tapılan dəstəkli qılınclar haqqında yazıb: “Mahmudavar kəndində tapılmış kiçik tunc qılınclar isə çərçivəşəkilli dəstəyinin formasına görə, Ön Asiya tipli xəncərlərdən seçilir, onları eramızdan əvvəl  IX və ya VIII əsrlərə aid edirik” [1].

1972-ci ildə bu ərazi şumlandığından Səbzəpuş kurqanı dağıdılmışdır. Həmin zaman burada bir neçə maddi-mədəniyyət nümunəsi tapılsa da, naməlum adamlar tərəfindən mənimsənilmişdir [2]. 

Ədəbiyyat: 

  1. Musarza Mirzəyev. Mənim Masallım. Bakı-1991.
  2. İldırım Şükürzadə. Lənkəran bölgəsinin tarixi-memarlıq abidələri. Bakı-2018.