SON XƏBƏRLƏR

İbadi isti su mənbəyi Lənkəran-Lerik şossesinin 15-ci km-də, İbadi və Sumax dağlarının ətəyində yerləşir.

Əfsanəyə görə, ağır xəstəliyə tutulmuş İbadulla adlı bir şəxs bu yerdə məskunlaşıb.  Suyun “sehirli” gücü vasitəsi ilə sağalıb. O vaxtdan su mənbəyi onun adını daşıyır.

Burada suyun istiliyi 42 dərəcəyə çatır. Bu səbəbdən, suda 10-15 dədiqədən artıq qalmaq məsləhət olunmur. Bu su ürək, qan-damar, ətraf sinir, oynaq hərəkət, dəri xəstəliklərini müalicə edir.

1930-cu ildə burada kurort xarakterli kiçik binalar inşa edilib. Lakin 1933-cü ildə meşədə baş verən yanğın nəticəsində tikililər yanıb. Sonradan tikililər yenidən bərpa edilmişdi.

Hazırda İbadi isti su təbii şəkildə yerdən çıxır və ərazidəki tikililərin içindəki hovuzlara verilir.

Mənbələr:

  1. Böyükağa Hüseynbalaoğlu, Mirhaşım Talışlı. Lənkəran. Bakı-1990. S. 249
  2. Н. Г. Джафарли. История города Ленкорани в 19 – в начале 20 века.  Баку-1985.
  3. Н. Ф. Дубровин. История войны и владычества русских на Кавказе книга III (репринтное издание 1871), Москва-2014.
  4. İshaq axundov. Xatirələrimdə yaşayan Lənkəran. Bakı-1989.
  5. http://lankaran.mctgov.az/az/city/49
  6. https://m.facebook.com/provitazmmc/photos/isti-ibadi-bula%C4%9F%C4%B1-l%C9%99nk%C9%99ran-lerik-magistral-x%C9%99ttind%C9%99-rayon-m%C9%99rk%C9%99zind%C9%99n-15-km-q%C9%99rb/1970044803095770/?_se_imp=0KHifjHp0kIiQTnVL
  7. https://limandra.ru/blog/lenkoran/