SON XƏBƏRLƏR

Şahsubəy ocağı Lənkəran rayonunun Girdəni kəndində, Lənkəran-Havzava şose yolunda, Girdəniçayın yaxınlığında olan kənd qəbiristanlığında yerləşir [1,2]. Yerli əhali tərəfindən “Şahsubəgi ocəğ” kimi də tanınır. Ocağın dəqiq yaranma tarixi məlum deyil [2].

Ziyarətgah Şahsubəy adlı şəxsin adı ilə bağlıdır. Şahsubəy əhali arasında böyük hörmət və nüfuza malik olduğundan onun məzarı ziyarətgaha çevrilib [1]. Yerli sakinlərin sözlərinə görə, Şahsubəy Səfəvi Şah İsmayıl Xətainin ordu başçılarından biri olub. Lakin Aqşin Mistanlının “Cənub bölgəsinin abidələr ensiklopediyası” kitabında qeyd olunur ki, Şah İsmayılın Talış ərazisində heç bir ordu başçısı olmayıb. Səfəvi şahlarından yalnız Şah I Abbasın vəzirlərindən biri Gəgirani təxəllüslü olub. Ehtimal edilir ki, Gəgirani təxəllüslü vəzir Lənkəran rayonunun Gəgiran kəndindən olub [2].

Ocağın yerləşdiyi qəbiristanlıqda son zamanlara qədər Şahsubəyin qəbrindən başqa qəbir olmayıb. Qəbiristanlıq Girdəniçayın yaxınlığında yerləşir. Ocaq yaxınlığındakı ərazidə sonradan məskunlaşan insanlar arasında burada basdırılan meyitlərin gecələr qeyri-adi qüvvələr tərəfindən çaya atılması ilə bağlı mif yayılıb.

Girdəni kənd sakini Tofiq Əzim oğlu Mirzəcanov şəxsi vəsaiti hesabına Şahsubəyin qəbri üzərində məqbərə inşa etdirib [1].

Ədəbiyyat:

  1. İldırım Şükürzadə. Lənkəran ziyarətgahları. 2015.
  2. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.

Şahsubəy ocağı
Şahsubəy ocağı
Şahsubəy ocağı
Şahsubəy ocağı Şahsubəy ocağı Şahsubəy ocağı
Müstəqillik günü
Tarixi faktlar və şəxslər

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd edilir

Bu gün Azərbaycanda Müstəqillik Gününün qeyd edilməsi 28 may 1918-ci ildə yaranan müsəlman şərqində ilk parlament respublikasının – Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması ilə bağlıdır. 27 may 1918-ci ildə Müsəlman