SON XƏBƏRLƏR

Hacı Osman Teymur oğlu XIX əsrin sonlarında Astara rayonunun Pensər kəndində anadan olub.

Hacı Osman Türkiyədə ali təhsil aldıqdan sonra Pensər kəndinə qayıdıb, burada xeyriyyəçilik və maarifçiliklə məşğul olub. O, təxmini 1912-1913-cü illərdə, Astara rayonunun ilk orta məktəbini açıb. Bu məktəb “rus-tatar” adı ilə tanınır.

Astara rayonu Pensər kənd sakini İntizar Mürsəlov deyirdi ki: “Hacı Teymurun oğlu Hacı Osman, mənim ulu babam, İstanbulda təhsil aldığı illərdə Yusif Camalla tanış olub. Sonradan bu tanışlıq dostluğa çevrilib”. Yusif Camal 1918-ci ildə Azərbaycana köməyə gəlmiş, Qafqaz İslam Ordusunun komandiri Nuru Paşanın sərkərdələrindən biri olub.

Mürsəlovun sözlərinə görə: “Hacı Osman vətənə qayıtdıqdan sonra Yusif Camal onu bir neçə dəfə ziyarət edib. Mənim ulu babam Hacı Osman, Camal Paşaya bələdçilik etmiş, son nəfəsinə kimi onunla birlikdə vuruşmuşdur. Camal Paşa və silahdaşı, dostu olan Hacı Osman Pensər kəndindən 2-3 kilometr aralıqda yerləşən Kolatan kəndi ərazisində rus-erməni ordusu tərəfindən top atəşinə tutulublar. Hacı Osman son vəsiyyətində deyir: “Bizi atamın (Hacı Teymur) kəndimizdə tiktirdiyi məscidin həyətində dəfn edərsiniz”.  Sovet dövründə Hacı Osman və Camal Paşa haqqında çox mənfi fikirlər söylənilmişdir ki, bu da hakimiyyətin tələbi idi”.

İntizar Mürsəlov bildirirdi ki, SSRİ dağılan dövrə qədər babasının qəbrinin yeri bilinmirdi: “Sonradan Astaranın Telmanlı kəndindən olan Molla Rəhim adlı bir şəxsin babamın dəfnində iştirak etdiyini öyrəndik. O, mənə dedi ki, məscidin günbəzinin altından 30 addım say, sonra da oraya bax. Orada baban Hacı Osmanın qəbri var. Biz onun dediyi kimi etdik və orada bir qəbir aşkarlandı. Sonradan biz orada başdaşı qoyduq”.

1920-ci ilin dekabrında Hacı Osman və dostu Camal Paşa Pensər kəndində, Hacı Teymur məscidinin həyətində dəfn olunublar. 2017-ci ildə onların baş daşları yenilənmişdir, indiyə qədər də orada yerləşir.

Mənbələr:

  1. Nurəddin Ədiloğlu. Cənubda 1918-ci ilin Mart qırğınları. İki sahil. 12 mart № 48 2020.
  2. Mərdan Qurbanov Həbib Əlizadə. Zaman. 2 iyul 2014. (http://www.anl.az/down/meqale/zaman/2014/iyul/380686.htm)
  3. https://ru.freejournal.org/5676777/1/pensar.html
  4. https://www.youtube.com/watch?v=rvjZnxLyCmk
  5. https://www.youtube.com/watch?v=AE6hwv5m22s
  6. https://www.youtube.com/watch?v=uYxrpqVKz9I
Foto Cenublu.az
Foto Cenublu.az
Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər