SON XƏBƏRLƏR

“Aspazin” adlanan yer Astara rayonunun Miki kəndindən 3 km. qərbdə, şimal-qərbdən cənub-şərq istiqamətində uzanan, meşəlik ərazidə yerləşir. Ərazinin ümumi sahəsi 10 hektar təşkil edir [1].

“Aspazin” sözü talış dilindən Azərbaycan dilinə tərcümədə “at yəhəri” deməkdir. Bir zaman bu ərazidə lokal müdafiə üçün imkanlar yaradan qaya yonulmuşdur. Onların içində yəhəri xatırladan iri qaya çıxıntısı var. Yerli sakinlərin sözlərinə görə, bu əraziyə “Aspazin”, yəni “at yəhəri” adının verilməsi bu daşla bağlıdır. Yəhər formalı qaya xalq daş-heykəltaraşlıq abidəsi sayılır [1,2].

Bundan başqa, ərazinin müxtəlif sahələrində iri qaya daşlarından hörülmuş düzbucaqlı tikililərin qalıqlarına da rast gəlmək mümkündür. Tapılmış saxsı nümunələr bu tikililəri XVII-XIX əsrlərə aid etməyə imkan verir [1].

Ədəbiyyat:

  1. Tufan İsaak oğlu Axundov. Astarada 20 gün. Bakı-2009.
  2. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
Astara boksçuları Bakıda qələbə qazanıblar
Sport

Astara boksçuları Bakıya səs salıblar

Astaralı boksçular yeniyetmələr arasında Azərbaycan birinciliyində yüksək nəticələr qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarxində Astara rayon