SON XƏBƏRLƏR

Rövşən Rafiq oğlu Canıyev 27 yanvar 1975-ci ildə Lənkəran şəhərində anadan olub.

 Onun haqqında 5 faktı sizə təqdim edirik:

  1. Onun 17 yaşı olarkən polis işçisi olan atası, o zaman Azərbaycanda fəaliyyət göstərən kriminal qruplaşmalardan birinin nümayəndələri tərəfindən 1992-ci ildə qətlə yetirilib. 1996-cı ildə məhkəmə zalında atasının qatili, Canıyevin ailəsinin üzvlərini ölümlə təhdid edib. Məhkəmə zalında əyləşən Rövşən Canıyev, qatili güllələyərək öldürüb və 2 il müddətinə həbs edilmişdi.
  2. Rövşənə qarşı 2 sui-qəsd olub. O, 2001-ci ildə Dubayda 3 bıçaq yarasından, 2013-cü ildə isə Turkiyədə sui-qəsd cəhdindən sağ qurtula bilib.
  3. Rövşən Canıyev İnterpol xətti ilə axtarışa verilmişdir. İtaliya hökuməti 2013-cü ilin sentyabrında Rövşən barəsində dövlətlər arası axtarış elan etmişdir. Lakin 28 fevral 2014-cü ildə İtaliya, onun axtarışını dayandırmışdır.
  4. 16 yanvar 2013-cü ildə Moskvada kriminal qruplaşmalardan birinin başcısı “Ded Xasan” güllələnmişdi. Onun qətlində Rövşənin əli olduğu deyilirdi.
  5. Lənkəran sakinlərinin dediklərinə görə, Rövşənin cənazəsi rayona Türkiyədə yaşayan iş adamının köməyi ilə təyyarədə gətirilib. Hava limanında onun cənazəsini minlərlə insanın qarşıladığı deyilir. Yerli sakinlərin sözlərinə görə, Rövşən Rusiyada lənkəranlılara iş qurmağa köməklik edirdi və onları qoruyurdu. O, həmçinin kasıblara da əl tuturdu.

Rövşən “Lənkəranski” 18 avqust 2016-cı ildə Türkiyənin İstanbul şəhərində naməlum şəxslər tərəfinfən qətlə yetirilmişdir. Rövşən Canıyev Lənkəranda Kiçik Bazar qəbiristanlığında, atasının yanında dəfn olunub.