SON XƏBƏRLƏR

Qum məscidi 1898-ci ildə yerli əhali tərəfindən inşa edilib. Məscid Astara şəhəri Qum küçəsi, 157-də yerləşir. Onun tikintisinə azərbaycanlı mesenat Hacı Zeynalabdin Tağıyev də maddi yardım göstərib.

“Azərbaycan Respublikası məscidlər ensiklopediyası” kitabında qeyd olunur ki, Sovet dövründə bölgədə yalnız bu məscid fəaliyyətini davam etdirə bilmişdir. Lakin, Aqşin Mistanlının “Cənub Bölgəsinin abidələr ensiklopediyası” kitabında məscidin həmin vaxt bağlı olduğu bildirilir.

Məscidin əsas giriş qapısının üstündə daş lövhə var. Orada məscidin inşa tarixi qeyd edilib. Burada məscidin hicri-qəməri təqvimi ilə 1325-ci (1907) ildə tikildiyi göstərilib.

Qum məscidində eyni zamanda 200 nəfər namaz qıla bilər. Məscid əsas və yardımçı binalardan ibarətdir. Onun əsas binası kərpicdən inşa olunub. Məscidin günbəzi səkkizguşəlidir və şəbəkələrlə işlənibdir.

Minbəri taxtadandır və beş pillədən ibarətdir. İbadət zalında beş tağvari pəncərə qoyulub. Qadınlar şöbəsi üç, kişilər şöbəsi isə iki hissədən ibarətdir.

1992-ci ildə burada təmir-bərpa işləri aparılıb. Qum məscidi tarixi abidə kimi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qorunur.

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub Bölgəsinin abidələr ensiklopediyası 2-ci nəşr, Bakı 2020 s. 217
  2. Azərbaycan Respublikası məscidlər ensiklopediyası. Bakı-2001 s. 28
  3. Мечети, сооруженные в XIX веке в Ленкорань-Астаринском регионе Азербайджанской Республики// Architecture and modern information technologies № 3 (44) 2018. c. 115-116
  4. https://525.az/?name=xeberprint&kecid=1&news_id=12071
  5. http://www.dqdk.gov.az/az/view/news/3902/astarada-novbeti-maariflendirici-tedbir-teshkil-olunub
  6. https://kataloq.gomap.az/az/all-poi/culture/mosque/8e82512ad56611e0ad4900226424597d

 

Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Deposit
Aktual

Masallı rayon sakinində narkotik və soyuq silah aşkarlanıb

Masallı rayon sakini Şirvan şəhərində saxlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 oktyabr tarixində Daxili İşlər Nazirliyinə istinadən verir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri