SON XƏBƏRLƏR

“Dəmirli məktəb” Masallı rayonunun Qızılağac kəndində yerləşir. Binanın üst örtüyü həmin zaman dəmirdən olduğundan tikili “Dəmirli məktəb” adlandırılmışdır [2].

Məktəb binası kənd sakini Hacı Məmmədin evi olub [1]. Hacı Məmməd və onun ailəsi 1927-ci ildə sovet hakimiyyəti tərəfindən sürgün edilib. Sonralar onlara məxsus olan evi kənd əhalisi məktəb kimi istifadə etmək qərarına gəlib.

Məktəb binası rus əlifbasında olan “Г” hərfi formasında idi. Həmin bina ikimərtəbəli olub. İkinci mərtəbəyə fiqurlu, taxta nərdivan vasitəsi ilə çıxardılar. İkinci mərtəbədə pəncərələr rəngli və şəbəkəli olub. Buradakı otaqların hündürlüyü 3 metrdən çox idi.

Bu məktəbə Qədirli, Eminli, Yeddioymaq, Qasımlı, Təzəkənd kəndlərindən uşaqlar oxumağa gələrdilər. “Dəmirli məktəb”də onlar üçün yataqxana da inşa edilmişdir [2].

1989-cu ildə “Dəmirli məktəb”i genişləndirmək məqsədi ilə bina tikilib və məktəbə verilib. Həmin bina 2 saylı tam orta məktəb statusunu alıb. Bundan sonra “Dəmirli məktəb” binası Hacı Məmmədin vərəsələrinə qaytarılıb və 1990-cı illərdə sökülub.

2001-ci ildə Hacı Məmmədin evi olan “Dəmirli məktəb” binası “orta məktəb binası” adı altında XIX əsrə aid yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət tərəfindən qeydə alınıb [1].

Ədəbiyyat:

  1. İldırım Şükürzadə, Zahir Əmənov. Masallının tarix və mədəniyyət abidələri. Bakı-2021.
  2. Molla Kərbəlayi Nüsrət Qızılağaclı. Qızılağac dünən və bu gün. Bakı-2003.
Foto açıq mənbələr
Aktual

Tarix yazan müəllimlərimizi tanıyaq

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar Cenublu.az Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan qəhrəman müəllimlər haqda məlumat verir.