Xarıbülbül Azərbaycanda, əsasən, Qarabağda bitdiyindən həmin yerin simvolu hesab edilir. Lakin bu bitkiyə Cənub bölgəsinin bir neçə kəndlərində də rast gəlmək mümkündür [3].
Xarıbülbül Cəlilabad rayonunun Tahirli və Fərəcullalı kəndlərində, həmçinin Yardımlı rayonunun Bozayran kəndində bitir [1,5]. Gülün Cəlilabad rayonunun Fərəcullalı kəndi ərazisində bitməsi mal otaran zaman təsadüfən yerli sakin tərəfindən aşkar edilib. Bu hadisədən sonra yerli əhali Xarıbülbülün bitdiyi ərazini qorumaq məqsədilə orada təsərrüfat işləri və mal otarmaqla məşğul olmurlar.
Dünyada, əsasən, Azərbaycan torpağında bitən Xarıbülbül, endemik bitki hesab edilir və “Qırmızı kitab”a daxildir [1]. Bu gülün əsl adı Qafqaz qaş səhləbidir [4]. Xarıbülbül may-iyun aylarında bitir, ömrü isə bir ay təşkil edir [2].
Ədəbiyyat: