SON XƏBƏRLƏR

Pensər kəndi Astara şəhərinin mərkəzindən 22 km aralıda, Bakı-Astara magistral yolunun yaxınlığında yerləşir.

Kəndin ilk adı Malavan olub. Malavan talış dilindən tərcümədə “maldarların məkanı” deməkdir. Səfəvi I Şah İsmayılın qızılbaşları bu torpaqlara yürüş etdikdən sonra, XVI əsrin əvvəllərində bu kəndin adı dəyişərək Butəsər adlandırılmışdır [5]. Talış dilində “Butəsər” sözü “gül başı” anlamında işlənir. XIX əsrin əvvəllərində bu kəndə Pensər adı verilib. Talış dilində “Penə sə” – “Yuxarı baş” mənasını daşıyır [1].

Yerli əhalinın dediklərinə görə, ilk dəfə məhz bu kənddə “Vağzalı” mahnısı ifa edilmişdir. Bir gün Talış xanı Mir Mustafa xan döyüşdə Ağa Məhəmməd şah Qacarın ordusuna qalib gəlir. Bu döyüş Talış xanlığının ərazi bütövlüyünün təmin edilməsi ilə yanaşı, hər il Gilandan Talış xanlığına xərac verilməsi ilə nəticələnir. Mir Mustafa xanın bu qələbəsi Talışda bir bayram kimi qeyd olunurdu. Mir Mustafa xanın qızı Qəmərtac (Böyükxanım) öz gündəliyində bu haqda yazmışdır: “Atamın yaxın qohumları, ailəsi və Talış əhalisi Xanı Butəsər (indiki Pensər) kəndində bir bağda gözləyirdilər… Atam Mir Mustafa xan bağdan düzəldilmiş Zala – Boğəzala daxil olan kimi, əslən Şamaxıdan olan musiqiçilər heç yerdə səslənməyən, Talış xanına həsr etdikləri, marşa oxşar bir musiqini çalırlar…”. Ehtimal olunur ki, bu mahnı talışlar arasında “Boğəzalı” kimi məşhurlaşır, sonradan bütün Azərbaycana yayılır və zaman keçdikcə adı dəyişərək, “Vağzalı” kimi tanınır [6].

Bəzi mənbələrə görə, bu kənd Azərbaycanın ən qədim yaşayış yerlərindən biridir [5]. Buna sübut isə tunc dövrünə aid olan Pensər və Pir Seyid Camal kurqanlarının burada yerləşməsidir [2]. Bundan əlavə, kənddə bir neçə tarixi abidə mövcuddur: Seyid Cəmaləddin türbəsi, Hacı Teymur məscidi, Pensər Cümə Məscidi (Hacı Canbaxış məscidi), Məşədi Abutalıb hamamı və s. [2].

1915-ci ilə aid olan siyahıyaalınma məlumatına əsasən, Pensər kəndində 1834 nəfərin yaşadığı qeyd olunub [4]. 2009-cu ilin statistik göstəricilərinə əsasən, bu kənddə 5023 nəfər yaşayıb [3].

Ədəbiyyat: 

  1. Gülnar Əsədli. Nura qərq olunmuş Astaram. Bakı-2004.
  2. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  3. Azərbaycan Respublikası əhalisinin siyahiyaalınması 2009-cu il. I cild. Bakı-2010.
  4. Кавказский календарь на 1915 год. Тифлис-1914.
  5. https://sputnik.az/azerbaijan/20160812/406744038.html
  6. https://ambur.az/qemeragaqemertac-xanim-talisinskayagundeliyi
Astara boksçuları Bakıda qələbə qazanıblar
Sport

Astara boksçuları Bakıya səs salıblar

Astaralı boksçular yeniyetmələr arasında Azərbaycan birinciliyində yüksək nəticələr qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarxində Astara rayon