SON XƏBƏRLƏR

Yekdəst qalası Astara rayonunun Təngərud kəndinin mərkəzindən 4 km aralıqda, yerli əhali tərəfindən “Təkə” adlanan zirvədə yerləşir [2,3]. “Yekdəst” sözü talış dilində “tək əl” mənasını verir [2].

Qalanın inşa tarixi orta əsrlərə aid edilir [1]. Bu qala müdafiə məqsədi ilə və yadelli işğalçılara qarşı mubarizədə sığınacaq yeri kimi tikilib [1]. Yekdəst qalası kəndin ən hündür zirvəsində yerləşdiyindən, oradan ətrafı tam müşahidə etmək mümkündür [3].

Qalaya gedən yolda qırmızı kərpicdən pilləkənlar, onun ərazisinin daşlıq olması, həm də ərazidə bulaq yerləşməsi buranın əvvəllər yaşayış yeri olduğunu göstərir [2,3]. Yekdəst qalasının qalıqlarını bu gün də görmək mümkündür [3].

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. Gülnar Əsədli. Nura qərq olunmuş Astaram. Bakı-2004.
  3. https://www.youtube.com/watch?v=0mhA0V5HKYM