1960-cı illərin ortalarında Astaradan olan Oqtay Kazımi musiqi bəstələyir və şair Rafiq Zəkaya göstərərək, ondan sözləri yazmasını xahiş edir. Lakin, Rafiq Zəka onu şair Cabir Novruza yönləndirir. Beləliklə “Həyat sən nə qəribəsən” mahnısı yaranır.
Mahnının ilk peşəkar ifaçısı Yalçın Rzazadə olub. Daha sonra isə onu Flora Kərimova “Dan ulduzu” ansamblı ilə ifa edib. Bu zaman Cavan Zeynallı və Cavanşir Əliyev Flora Kərimovanın bek-vokalı idilər.
1969-cu ildə Oqtay Kazımi “Həyat sən nə qəribəsən” mahnısını “Qaya” qrupuna təqdim edib. Mahnı bu zaman Moskvada fərqli aranjiman olunub. “Qaya” qrupunun ifasında mahnı azərbaycan və rus dillərində ifa edilib. Lakin onun efirdə səslənməsində bəzi maneələr yaradılırdı. Buna baxmayaraq mahnı bütün SSRİ-də tanınıb.
“Həyat sən nə qəribəsən” mahnısını sonradan bir çox müğənnilər yeni formada ifa ediblər. Onların sırasında müğənni Xəyyam Nisanovun oxuduğu versiya, xalq arasında daha çox məşhurlaşıb.