SON XƏBƏRLƏR

Astara rayonunun Ərçivan kəndinin cənubunda, Bakı-Astara magistral yolu yaxınlığında bir bulaq yerləşir. Bu bulağın digərlərindən fərqi ondadır ki, burada su alışıb yanır.

Rayonda yaşayan insanlar arasında belə bir inanc da formalaşıb ki, kim hansı xəstəlikdən əziyyət çəkirsə bu bulağın şəfalı suyundan içsə, əvvəlki sağlığına qovuşar. Deyilənə görə, sudan istifadə etməklə böyrək və bir sıra digər xəstəliklərdən sağalmaq mümkündür.

Mənbənin başqa bir xüsusiyyəti onun heç vaxt qurumamasıdır. Üstəlik, su alovlananda belə onu içmək mumkündür və orqanizmə heç bir zərər vermir. Bulaqdan daima axan kükürdlü su, bəzən, 5-8 metr hündürlüyə də qalxır.

Yerli sakinlər ilk dəfə suyun unikal xüsusiyyətlərinin XX əsrin 70-ci illərinin ortalarında aşkar edildiyini söyləyirlər. Məhz o zaman yeraltı bulaqların mənşəyi və səviyyəsi ilə maraqlanan geoloqlar qruppu Azərbaycana gəlmişdir. Ərçivan ərazisində bir neçə yeraltı bulağın olduğunu aşkar etdilər və təxminən 100 m dərinlikdə bir quyu qazdılar.  Yerli əhali yayda qızmar günəş şüalarının altında suyun alovlanmağının şahidi oldular. O vaxtdan, mənbə “Yanar Bulaq” adını daşıyır.

Bu prosesin qeyri adi bir səbəbi yoxdur. Alimlərin apardıqları araşdırmalar nəticəsində, bulağın kimyəvi tərkibində çox miqdarda kükürd aşkar edilmişdir. Belə ki, bulaqda kükürdlü su ilə bərabər metan qazı da çıxdığından, alovu suya yaxınlaşdırarkən, sudan ayrılan qaz məşəl kimi alovlanır.

Astara rayonunun turizm marşrutuna daxil edilən “Yanar bulaq” kompleksi həm də yerli əhəmiyyətli tarixi abidə kimi qorunur.

Mənbələr:

  1. Fəxrəddin ABDULLAYEV, geoloq Xalq qəzeti.- 2011.- 5 fevral.- S. 5.
  2. https://voda095.ru/articles/v_azerbaydzhane_est_goryuchaya_voda/

 

 

 

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər