SON XƏBƏRLƏR

Şeyx Nəsrullah ziyarətgahı Astara rayonunun Sibiyyət kəndinin yaxınlığında, Bakı-Astara yolundan təxminən 30 km, əhalinin yaşayış yerindən isə 4 km aralıda yerləşir [2].

Pirin inşa tarixi XIV-XV əsrlərə aid edilir. Burada həmin dövrün görkəmli şəxsiyyətləri Şeyx Nəsrullah və onun əmisi Şeyx Mir Abbas, həmçinin Şeyx Vəliəddinin qəbirləri yerləşir. Qəbiristanlığın girəcəyində onların qəbirləri üzərində məqbərə ucaldılıb.

Ziyarətgah bir hektardan çox ərazini tutur. Burada mindən çox qəbir var. Pirin ərazisində ağır çəkili namaz daşı var. Ziyarətə gələnlər bu daş üstündə namaz qılırlar [1].

Şeyx Nəsrullahla bağlı xalq arasında bir neçə rəvayət mövcuddur. Onların birində deyilir ki, Şeyx Nəsrullah dostları ilə bulaq başında söhbət edirmiş. Dostları ona deyirlər:

  • Öz kəramətini bizə göstər.

Şeyx bu zaman təsbehini suya atır. Güclü axan su isə təsbehi aparır. Şeyx dostlarına səslənir:

  • Gedək təsbehimi evimin yanında olan bulaqdan götürəcəm.

Onlarla bir yerdə Şeyx Nəsrullah gedib təsbehini axar bulağın başından götürür.

Digər rəvayətə görə, bir gün Nəmindən (İran) Şeyx Nəsrullahın yanına qonaq gəlir. Şeyx qonağa deyir:

  • Bu gün sizə elə bir yemək verəcəm ki, heç yeməmiş olasız.

Süfrəyə yemək gətirilir. Qonaq görür ki, bu, həmişə yediyi südlü aşdır. Ona görə də deyir:

  • Bəs deyirdin ki, heç yemədiyiniz yemək verəcəyəm? Bu ki südlü aşdır.

Şeyx isə deyir:

  • Doğrudan da, siz beləsini heç vaxt yeməmisiniz.

Sonra Şeyx pəncərəsinin pərdəsini çəkib, evin tinində maralın südünü sağan həyat yoldaşını qonaqlara göstərir. Qonaq başa düşür ki, Şeyx öz dediyinə əməl edib [2].

Ədəbiyyat:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. Teymur Fətullayev. Mir Baba Həmzənin sərəçəsi və onlar haqqında həqiqətlər (etnoqrafik tədqiqat materialları əsasında). Mədəniyyət. AZ / 6. 2017.
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər