SON XƏBƏRLƏR

Masallı Tarix-Diyarşünaslıq Muzeyi Masallı şəhərinin Heydər Əliyev xatirə parkında, Qarabağ küçəsi, 17-də yerləşir [3,4]. Muzey 1963-cü ildə rayonun Hişkədərə kəndində əməkdar müəllim Rəhim Tağıyevin təşəbbüsü ilə yaradılıb. Həmin muzey yarandığı gündən Masallı Tarix-Diyarşünaslıq Muzeyi adı ilə fəaliyyət göstərib [1].

Muzeyin fondu və kolleksiyaları nəqqaşlıq, qrafika, heykəltaraşlıq, tətbiqi incəsənət,  arxeologiya, numizmatika, etnoqrafiya, fotoşəkillər, sənədlər bölməsindən ibarətdir [2].

Buradakı qədim məişət əşyalarının bir çoxu yerli əhalinin evlərindən toplanmışdır və onların əksəriyyəti orta əsrlərdən başlayaraq XX əsrin əvvəllərinə aiddir. Muzeydə

Eldənizlərə, Hülakülərə, Qaraqoyunlulara, Ağqoyunlulara, Səfəvilərə, Şamaxı və Şəki xanlıqlarına aid sikkələr, həmçinin XVIII əsr çar Rusiyasına aid mis sikkələr və kağız pul əsginasları var [1]. Bundan əlavə, tarixin müxtəlif dövrlərinə aid arxeoloji tapıntılar, məişət əşyaları, əmək alətləri, zinət-bəzək əşyaları, silahlar, milli geyim nümunələri, tarixi sənədlər də muzeydə mövcuddur [2].

Muzey məktəbdə yerləşdiyi müddətdə 7 minə yaxın eksponatı olub. Hazırda isə Tarix-Diyarşünaslıq Muzeyinin əsas fondunda 9010, köməkçi fondunda isə 2 minə yaxın eksponat var. Həmin köməkçi fondda olan eksponatların bəziləri muzeyin kənddə yerləşən köhnə binasındadır.

15 il ərzində maddi-mədəni tapıntılar Hişkədərə kənd orta məktəbində sərgilənirdi.

1976-1978-ci illərdə isə Hişkədərə kəndində Masallı Tarix-Diyarşünaslıq Muzeyinin binası inşa edilib [1]. 1977-ci ildə muzeyə dövlət statusu verilib. Masallı Tarix-Diyarşünaslıq Muzeyi cənub bölgəsinin ilk və yeganə muzey idi ki, kənddə yerləşdiyinə baxmayaraq, “SSRİ Muzeylər kataloqu”na daxil edilmişdir. 2016-cı ilin sentyabr ayında həmin bina yararsız hala düşdüyündən Masallı şəhərində yeni muzey binası tikilib [2].

Hazırda yeni binanın mansardda olan hissəsində Rəsm Qalereyası yerləşir, digər iki mərtəbədə isə muzey fəaliyyət göstərir [1].

Ədəbiyyat:

  1. https://sputnik.az/20210321/Bolge-tarixinin-guzgusu-Masalli-tarix-diyarsunasliq-muzeyi-FOTO-426322912.html
  2. https://heydaraliyev-centers.az/masalli/nearest-cultural-objects
  3. https://www.youtube.com/watch?v=fyM-Ldty_AU
  4. https://museum.az/az/museum/97

Masallı Tarix-Diyarşünaslıq Muzeyi
Masallı Tarix-Diyarşünaslıq Muzeyi
Masallı Tarix-Diyarşünaslıq Muzeyi
Masallı Tarix-Diyarşünaslıq Muzeyi
Masallı Tarix-Diyarşünaslıq Muzeyi
Masallı Tarix-Diyarşünaslıq Muzeyi
Masallı Tarix-Diyarşünaslıq Muzeyi
Masallı Tarix-Diyarşünaslıq Muzeyi
Masallı Tarix-Diyarşünaslıq Muzeyi
Masallı Tarix-Diyarşünaslıq Muzeyi Masallı Tarix-Diyarşünaslıq Muzeyi Masallı Tarix-Diyarşünaslıq Muzeyi Masallı Tarix-Diyarşünaslıq Muzeyi Masallı Tarix-Diyarşünaslıq Muzeyi Masallı Tarix-Diyarşünaslıq Muzeyi Masallı Tarix-Diyarşünaslıq Muzeyi Masallı Tarix-Diyarşünaslıq Muzeyi Masallı Tarix-Diyarşünaslıq Muzeyi