İstisu Masallı şəhərindən 12 km aralıda, Dəmbəlova dağının ətəyində, Viləş çayının sahilində yeləşir [1]. Bulağın suyu uzun əsrlərdir ki, çəkilmir, amma haradan qaynaqlandığı dəqiq məlum deyil [2].
Burada alim və həkim Mirkazım Aslanlı tərəfindən 1955-ci ildə elmi-tədqiqat işləri aparılıb [1,2]. Alim müəyyən edib ki, bu suyun tərkibi hidrogen-sulfit, kalsium, natrium, xlor, hidrokarbon-maqnezium və yoddan ibarətdir.
Yerin 90-250 km dərinliyindən təxminən 69 dərəcədə çıxan mineral su bir çox xəstəlikləri müalicə edir [2]. Burada əsəb, yuxusuzluq, baş, oynaq, bel və boyun ağrıları, sonsuzluq, şəkərli diabet, arterial hipertaniya, dəri xəstəlikləri, osteoxondroz, onurğa xəstəlikləri, qan dövranının yaxşılaşdırılmasına nail olmaq mümkündür [4]. Burada, həmçinin içməli sular da var. Onlardan biri Aslanlının tədqiq etdiyi “Masallı-1” mineral suyudur [1].
Viləş çayının sularında məskunlaşan “zirək” adlandırılmış kiçik balıqlar bu yerdə istirahət edənlərin bədənlərinin açıq yerlərini dişləyir. Hesab edilir ki, bu prosedurlar dəri xəstəliklərini müalicə edir [2].
2021-ci ildə Masallıda “İstisu” sənədli filminin təqdimatı olub [3].
1971-ci ildə bulağa ümumittifaq müalicə-kurort sanatoriyası statusu veriləndən sonra bu yerlər mənimsənilməyə başlanılıb. Hazırda burada “Fatimeyi-Zəhra” adlanan sanatoriya fəaliyyət göstərir [2].
Ədəbiyyat:
- Novruz Novruzov. Masallı. Bakı-1990.
- https://azertag.az/xeber/Masalli_Azerbaycanin_subtropik_ureyidir-964419
- http://yeniheyet.az/turizm/2878-masallda-sti-su-sndli-filmin-tqdimat-olub.html
- https://www.adalet.az/w170771/masallinin-isti-su-mocuzeleri-170771





