SON XƏBƏRLƏR

Nizami Gəncəvi adına Mədəniyyət və İstirahət parkı Masallı şəhərinin Talışxanov küçəsində yerləşir. Park 1967-ci ildə salınıb [1].

Parkda Azərbaycan şairi Nizami Gəncəvinin 3,6 metr hündürlüyündə abidəsi ucaldılıb. Abidənin arxasında şairin əsərlərinin motivləri əsasında kompozisiya yaradılıb.

Burada dekorativ ağaclar və kollar, skamyalar, işıqlandırma sistemi, fəvvarə mövcuddur. Parkda mədəni-kütləvi tədbirlər üçün səhnə quraşdırılıb, ətrafına 280 metr uzunluğunda milli üslubda hasar çəkilib [2].

Bu parkın ərazisində Rayon Mədəniyyət Evi yerləşir. Mədəniyyət Evi 1956-cı ildə inşa edilib. Burada rəssamlıq, musiqi, biçmə və tikiş dərnəkləri, kompüter kursu, xalq teatrı və s. dərnəklər fəaliyyət göstərir, bundan əlavə, 358 tamaşaçı yeri olan böyük zal yerləşir.

Parkda, həmçinin Gənclər Mərkəzi də yerləşir. Gənclər Mərkəzində 3D kinoteatr, multimedia kitabxanası, kompüter və konfrans zalları var.

2011-ci ildə parkda yenidənqurma işləri aparılıb [1].

Ədəbiyyat:

  1. Регионы Азербайджана. Масаллы. 2014.
  2. https://azertag.az/xeber/Azerbaycan_regionlarinda_en_yaxsi_parklar__Mingechevir_Masalli_Gence-1176107

 

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…
Yollarda vəziyyət

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…

Lənkəranımıza gözəllik qatan yağıntılar hər il olduğu kimi, bu il də fəsadsız qalmadı. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az-a müraciətlər daxil olub. Şəhərimizdə kanalizasiya xətlərinin yarımçıq quraşdırılması, yollarda