SON XƏBƏRLƏR

Yeyənkənd kəndi Masallı şəhərindən təxminən 10 km qərb istiqamətində yerləşir.

Bu toponimlə bağlı bir neçə fikir mövcuddur. Bir çox tədqiqatçıların fikirincə, kənd türkdilli tayfalarda işlədilən Yekə şəxs adı əsasında yaranıb, yəni kənd əslində “Yekəkənd” adlanmalı idi. “Yeyənkənd” isə bu toponimin dəyişilmiş formasıdır.

Deyilənlərə görə, kəndin əhalisi yeyin, yəni qoçaq olduqları üçün kənd bu adı daşıyır. Yerli əhalinin dediklərinə əsasən, bu kənd Yekan adlı bir şəxsin şərəfinə əvvəlcə Yekankənd, sonralar isə Yeyənkənd şəklinə düşüb. Bundan əlavə, ehtimal edilir ki, kənd Yankənd, yəni “sıra kənd” sözündən yaranıb. Başqa versiyaya əsasən, kəndin ilk sakinləri çoxyeyən olduqlarına görə, yaşayış yeri bu cür adlandırılıb. Oxşar toponimlərə Qazaxıstan,Türkmənistan və Volqa çayı boyunca yerləşən ərazilərdə də rast gəlmək mümkündür [2].

Kəndin ərazisində bir neçə tarixi abidələr mövcuddur. Onların sırasında XIX əsrə aid Qara seyid ocağını qeyd etmək olar [4].

Yerli əhali, əsasən, heyvandarlıq və əkinçiliklə məşğuldur [5].

1886-сı ilə aid olan siyahıyaalınmaya görə, Yeyənkənd kəndində 240 nəfər yaşayıb [1]. 2009-cu ilin statistik göstəricilərinə əsasən, kənddə 1531 nəfərin yaşadığı qeydə alınıb [3].

Ədəbiyyat: 

  1. Свод статистических данных о населении Закавказскаго края, извлеченных из посемейных списков 1886 г. Тифлис-1893.
  2. Musarza Mirzəyev, Şahrza Ağayev. Masallı toponimləri. Bakı-1992.
  3. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı-2010.
  4. Aqşin Əliyev. Masallının tarix və mədəniyyət abidələri – ziyarətgahlar. Bakı-2021.
  5. https://www.youtube.com/watch?v=mYyLaMO-WbY