SON XƏBƏRLƏR

Baba Seyid ağa türbəsi Masallı rayonunun Mahmudavar kəndinin cənubunda, Rüdəkənar kəndinə gedən yolun sağ tərəfindəki qəbiristanlıqda yerləşir [2]. Pirin yaranma tarixi XVI əsrə aid edilir [3].

Baba Seyid ağa bu ərazilərdə İslam dinini təbliğ edib. O, müqəddəs şəxsiyyət kimi tanınırdı. Baba Seyid ağanın vəfatından sonra qəbri insanların ziyarətgah yerinə çevrilib [2]. Sonralar Baba Seyid ağanın məzarı üzərində kəndin seyidlərindən olan Seyid Miri Əliyevin təşəbbüsü ilə türbə inşa edilib [1].

Məqbərə altıbucaqlı formaya malikdir. Türbənin pəncərələri və qapısı tağvari formadadır. Ziyarətgahın damı yaşıl dəmir təbəqə ilə örtülüb [4].

Pirin ərazisindəki qəbiristanlıqda, əsasən, Mahmudavar kəndinin seyidləri və Baba Seyid ağanın övladları dəfn olunub [2].

Ədəbiyyat:

  1. Musarza Mirzəyev. Mənim Masallım. Bakı-1991.
  2. Musarza Mirzəyev. Mahmudavar. Bakı-1997.
  3. Aqşin Əliyev. Masallının tarix və mədəniyyət abidələri – ziyarətgahlar. Bakı-2021.
  4. https://www.youtube.com/watch?v=0m__aj6cnMQ

 

Photo Cenublu.az
Photo Cenublu.az
Photo Cenublu.az
Photo Cenublu.az Photo Cenublu.az Photo Cenublu.az