SON XƏBƏRLƏR

 

Ağaxan (Əbülfət) Rzaxan oğlu Talışinski 19 sentyabr 1885-ci ildə Lənkəran şəhərində anadan olub [1]. O, ilk azərbaycanlı travmatoloq-ortoped, Azərbaycan SSR Ortopediya Cəmiyyətinin yaradıcısı və ilk sədridir [1,3].

Talışinski ilk təhsilinə Lənkəran şəhər birdərəcəli məktəbində başlayıb. 1899-1909-cu illərdə isə Bakıda gimnaziyada təhsil alıb [2]. O, 1915-ci ildə Kiyev Dövlət İnstitutunun Tibb fakültəsini bitirib [3].

1915-ci ildə Ağaxan Birinci Dünya müharibəsi zamanı Xarkov hərbi hospitalında işləyib. 1917-ci ildə Bakıda Qara şəhər xəstəxanasında çalışıb. Talışinski 1918-ci ildə Lənkəran şəhərində cərrahi xəstəxana təşkil edib [2].

Ağaxan Talışinski 1920-ci ildə Bakıda Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tibb fakültəsində dərs deyib və professor Finkelşteynin rəhbərlik etdiyi hospitalda çalışıb.

O, 1928-ci ildə Sankt-Peterburqda V.Vredinin klinikasında travmatologiya-ortopediya sahəsində təcrübə keçib. 1931-ci ildə isə Bakıya qayıdıb.

Talışinski 1928, 1931 və 1935-ci illərdə Cərrahların Ümumittifaq qurultaylarında, 1936-cı ildə isə Ümümdünya qurultayında iştirak edib.

Ağaxan Talışinski 1936-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutu üçün Azərbaycan dilində ilk dərslik – “Travmotologiya” kitabını çap edib. Həmin il o, “Yalançı oynaqların və gec bitişən sınıqların müalicəsində sümük köçürməsi kimi yeni cərrahi müdaxilə” mövzusunda ölkədə ilk dəfə travmatologiya sahəsində doktorluq dissertasiyasını yazıb.

Həkim 1937-ci ildə Səhiyyə Nazirliyində travmatologiya və ortopediya üzrə elm və təcrübə mərkəzinə çalışıb [1]. O, 1939-1941-ci illərdə Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun professoru və travmatologiya-ortopediya kafedrasının müdiri, 1941-1945-ci illərdə isə Bakıda cərrah işləyib [1,3]. Talışinski 1945-1949-cu illərdə Azərbaycan Ortopediya və Bərpa Cərrahiyyəsi İnstitutunun travmatologiya-ortopediya və protezləşmə klinikasında çalışıb.

Ağaxan Talışınski 21 dekabr 1949-cu ildə Bakıda vəfat edib [1]. Hazırda Milli Azərbaycan tarixi muzeyində ona aid bir çox sənədlər qorunub saxlanılır [2].

Mənbələr:

  1. Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.
  2. Milli Azərbaycan tarixi muzeyi. Bakı-2017.
  3. https://bit.ly/31BAnQ6
Astara boksçuları Bakıda qələbə qazanıblar
Sport

Astara boksçuları Bakıya səs salıblar

Astaralı boksçular yeniyetmələr arasında Azərbaycan birinciliyində yüksək nəticələr qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarxində Astara rayon