SON XƏBƏRLƏR

Loğman Mirəli oğlu Ağayev 4 aprel 1932-ci ildə Lənkəran şəhərində anadan olub.

O, ilk təhsilini Lənkəran şəhər 3 saylı orta məktəbində alıb. Ağayev 1972-ci ildə indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. O, 1972-ci ildən ömrünün sonunadək Bakı şəhər 13 saylı internat məktəbində ədəbiyyat müəllimi kimi çalışıb.

Loğman Ağayev ədəbi yaradıcılığa orta məktəb illərindən başlayıb. Şairin ilk şeiri 1951-ci ildə indiki “Lənkəran” qəzetində, sonralar digər şeirləri isə müxtəlif almanaxlarda dərc olunub [1].

Onun yazdığı kitablar sırasında “Səhər lövhəsi”, “Buta”, “Tükənməz bulaq”, “Torpağa əkilən arzular”, “Sözlü, nağıllı gecələr”i qeyd etmək olar [1, 2,3]. O, həmçinin “Toy və halay mahnıları” folklor kitabının tərtibatçılarından biridir [1]. Onun yazdığı “Tükənməz bulaq” kitabında Azərbaycan xalq rəqslərini müşayiət edən mahnıların bir qismi, eləcə də mahnı ilə müşayiət olunan tamaşa və uşaq oyunları toplanıb [2]. Yazıçının “Torpağa əkilən arzular” kitabına isə onun bir çox şeirləri və poemaları, həmçinin “Analar ölməyir” və “Xəzərin harayı” adlı poemaları daxildir.

Loğman Ağayev 11 noyabr 1992-ci ildə Bakı şəhərində vəfat edib [1].

Ədəbiyyat:

  1. Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.
  2. Loğman Ağayev. Tükənməz bulaq. Bakı-1986.
  3. Loğman Ağayev. Torpağa əkilən arzular. Bakı-1990.
Lənkəranda yağış yağdı, el-aləmi su basdı…
Yollarda vəziyyət

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…

Lənkəranımıza gözəllik qatan yağıntılar hər il olduğu kimi, bu il də fəsadsız qalmadı. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az-a müraciətlər daxil olub. Şəhərimizdə kanalizasiya xətlərinin yarımçıq quraşdırılması, yollarda