SON XƏBƏRLƏR

“Direktiv bant” qısametrajlı filmi 1932-ci ildə lənkəranlı rejissor Ağarza Quliyev tərəfindən lentə alınıb. Ekran əsəri Quliyevin müstəqil rejissor kimi ilk işi olub [2].

Bu film “12 стульев” (12 stul) romanının müəllifləri olan sovet yazıçıları İlf və Petrovun “Direktiv bant” əsəri əsasında çəkilib [1]. Ağarza Quliyev həmin yazıçıların əsərini ilk dəfə ekranlaşdıranlardan biri olub [3].

Film kinokomediya janrında çəkilib. Ekran əsərində keçmişin qalıqları, yeni həyat quruculuğuna mane olan mənfi hallar satira formasında göstərilir.

Ekran əsəri “Azərbaycanfilm” kinostudiyası tərəfindən hazırlanıb. “Direktiv bant” filminin operatorları Əsgər İsmayılov və Mirzə Mustafayevdir [1].

Ədəbiyyat:

  1. Azərbaycan kinosu. 1898-2002. I cild. Bakı-2003.
  2. https://medeniyyet.az/page/news/51204/Meqsede-dogru.html?lang=az
  3. https://web.archive.org/web/20171222051723/https://www.trend.az/life/culture/1319363.html
Astara boksçuları Bakıda qələbə qazanıblar
Sport

Astara boksçuları Bakıya səs salıblar

Astaralı boksçular yeniyetmələr arasında Azərbaycan birinciliyində yüksək nəticələr qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarxində Astara rayon