SON XƏBƏRLƏR

Tanrıdoğuranın Himayədarlıq kilsəsi Lənkəran şəhərində mövcud olan rus qəbiristanlığında yerləşir.

Lənkəran şəhər sakinlərinin çoxsaylı xahişlərini nəzərə alaraq, Bakı və Xəzəryanı yepiskop Aleksandr (İşein) pravoslav əhalisinin ziyarəti və ibadəti üçün yeparxiya ruhanilərinə xeyir-dua verdi. 28 yanvar 2015-ci il tarixində Bakı və Azərbaycan Arxiyepiskopunun müraciətinə əsasən, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı şəhərdə yerləşən rus qəbiristanlığının ərazisində olan sahibsiz gözətçi sahəsinin Bakı Yeparxiyasının istifadəsinə verilməsi haqqında qərar qəbul edib.

2019-cu ildə maddi vəsaitlərin toplanması sayəsində yeparxiyaya verilmiş binanın təmirinə və abadlaşdırılmasına başlanmışdır. Kilsəni Müqəddəs Saf Ananın Himayədarlığına həsr etməyə qərar verilmişdir. Təmir işləri zamanı binanın bünövrəsi möhkəmləndirilmiş, həmçinin ikonostas quraşdırılmış, dam örtüyü və döşəmə dəyişdirilmiş, günbəz quraşdırılmış, qəbiristanlıq hasarı bərpa edilmişdir.

Hazırda kilsədə ayın hər birinci bazar günü ibadət günü hesab edilir [2].

Lənkəran şəhərindəki Tanrıdoğuranın Himayədarlıq kilsəsinin yerində əvvəllər Lənkəranın pravoslav məbədlərindən biri – Müqəddəs Maqdalalı Mariya adına daş qəbiristanlığı kilsəsi yerləşirdi [3]. Bu kilsə taxta ikonostas və bir neçə ikonalarla bəzədilmişdir [1]. Yerli əhalinin dediklərinə əsasən, məbəd 1920-1930-cu illərdə sovet hakimiyyəti tərəfindən dağıdılmışdır [2].

Ədəbiyyat:

  1. История церквей и приходов Бакинской губернии (1815-1905). Баку-1906.
  2. http://az.pravoslavie.az/eparchy/churches/?id=13644
  3. https://www.youtube.com/watch?v=OUNoYpd0ZSY