SON XƏBƏRLƏR

Azərbaycan teatr və kino aktyoru Fateh Möhsün oğlu Fətullayev 1909-cu ildə Lənkəranda anadan olub.

Fateh Fətullayev, əsasən teatr aktyoru kimi fəaliyyət göstərsə də, müxtəlif filmlərdə də çəkilib. Onun ən məşhur rolları “Ögey ana” filmində “Arif”, “Bir məhəlləli iki oğlan”-da “usta Əli”, “Qaraca qız” filmində isə “Hüseyn bəy” obrazlarıdır.

1932-ci ildə Fateh Fətullayev Mirzə Fətəli Axundzadə adına Tiflis Dövlət Azərbaycan Dram Teatrında sənət fəaliyyətinə başlamışdır. 1933-cü ildə Fətullayev Dağıstanın Dərbənd şəhərində Azərbaycan Dövlət Dram Teatrında işini davam etdirmişdir. O, bir il sonra, 1934-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrın truppasına daxil olub və burada on ilə yaxın aktyorluq etmişdir. 1944-cü ildə Fateh Fətullayev Azərbaycan Dövlət Musiqili Komediya Teatrında ifaçi-solist kimi çıxış etmişdir.

İncəsənət xadimi İlham Rəhimli aktyor haqqında belə yazıb: “Ailələrində hamının, o cümlədən Fatehin də gur və xoşagələn səsi vardı. O, Musiqili Komediya Teatrında xarakter və məsxərə surətlərini oynayırdı. Buna baxmayaraq aktyor istedadının bədii qəlibləri baxımından dramatik teatrın estetik prinsiplərinə yovuşumlu idi. Özü də bunu hiss edib 1946-cı ildə yenidən Akademik teatrın kollektivinə üz tutdu. Tərəddüdsüz truppaya daxil olan Fateh Fətullayev sənət ömrünü və həyat yolunu Milli Dram Teatrında başa vurdu”.

Fateh Fətullayev 4 may 1986-cı ildə Bakı şəhərində vəfat edib.

Mənbələr:

Mirhaşım Talışlı Etibar Əhədov Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.

  1. http://www.anl.az/down/meqale/525/2015/yanvar/416989.htm
  2. https://medeniyyet.az/page/news/53722/.html
  3. http://www.yenises.az/w862.html
  4. https://m.modern.az/az/news/238011
Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər