SON XƏBƏRLƏR

Əli meydanı ziyarətgahı Lənkəran rayonunun Girdəni kəndində, Lənkəran-Boradigah şose yolunda, Girdəni kəndi ərazisindəki qəbiristanlıqda yerləşir. Ehtimal edilir ki, bu ocaq təxminən VII əsrdə yaranmışdır. Ocağın adı İmam Əli (ə.s) ilə bağlıdır. Yerli əhali bu ocağı “Əli meydon” adlandırır.

Rəvayətə görə, bu ərazi VII əsrdə ərəb qoşunlarının düşərgəsi olmuşdur. Əhali bu ərazini, Həzrəti Əlinin istirahət etdiyi yer olduğunu düşünərək, “Əli meydanı” adı altında ziyarətgaha çevirilmişdir. Lakin bəzi mənbələrə görə, Həzrəti Əli (ə.s) Ərəbistanda və İraqda yaşamışdır, kənar ölkələrə çıxmamışdır. Ehtimal olunur ki, Əli meydanı ocağı insanların ona olan inamından yaranmışdır.

Ziyarətgah üzərində, Girdəni kənd sakini Rəsmiyyə Bəxtiyar qızı Hüseynovanın şəxsi vəsaiti ilə, 1997-ci ildə türbə inşa edilib.

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. İldırım Şükürzadə. Lənkəran ziyarətgahları. 2015.
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az