SON XƏBƏRLƏR

 

Zaqafqaziya əhalisi tunc dövrünün sonu və dəmir dövrünün əvvəllərində (e.ə. II minilliyin 2-ci yarısı və I minilliyi əhatə edir) ibtidai-icma münasibətlərinin yüksək mərhələsinə çatmışdır və həmin zaman onlar, əsasən, tunc silahlar düzəltməyə başlamışdılar.

1956-cı ildə Lənkəran rayonunda, indiki Hirkan qəsəbəsində torpaq işləri aparılan zaman tunc qılınc tapılmışdır. Həmin qılınc qəsəbə ərazisindəki kurqanlardan aşkar edilmişdi. Tarixçi-alim F.Mahmudov qeyd edir ki, həmin tunc qılıncın ensiz tiyəsinin ortası hər iki üzdən qabarıq olub, qılınc kəsdikdə dairə əmələ gətirir. Tiyənin çiyinlərində onu dəstəyə bərkitmək üçün deşiklər var. Fransız arxeoloq və səyyah Jak de Morqan bildirirdi ki, bu tip qılınc tiyələr Talışın son tunc dövrünə aid edilir [1].

Arxeoloq Nadir Axundovun məlumatına görə, tunc dövrünə aid materialların müəyyən bir hissəsi Şilavar kənd ərazisindəki qədim yaşayış yerindən əldə olunmuşdur. Burada, əsasən, bir çox tunc silah nümunələri tapılmışdır [1,2].

Lənkəran rayonunun Digah kəndindəki Divəlonə nekropolunda tunc silah nümunələri aşkar edilmişdir. Onların sırasında yəhərvari başlıqlı uzun qılınclar, saplaqlı qılınc tipləri, xəncər və “Zaqafqaziya tipli” ox ucluqları var idi [2].

Hazırda bir neçə tunc silah nümunələri Lənkəran Tarix-Diyarşünaslıq muzeyində saxlanılır [3].

Ədəbiyyat:

  1. Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.
  2. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  3. https://lankaran.mctgov.az/az/view/360/9/lankaran.mct.az/eservices
Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər