SON XƏBƏRLƏR

Şıxəkəran kəndi Lənkəran rayonunun mərkəzindən 13 km cənubda, Lənkəran-Astara şosse və dəmir yolu istiqamətində yerləşir.

Əvəllər kəndin adı Giləkəran olub, çünki orada “geli” (Gilandan gələn qəbilə, İran) adlı qəbilələr yaşayırdı.

Şıxəkəran sözü talış dilində “Şıxəkon” kimi tələffüz edilir. Talışca “şıx” – şeyx, “kəon” – evlər deməkdir. “Şıxəkon”, yəni “şeyx evləri” mənasını verir. Bəzi məlumatlara görə, kəndin adını “Şıəkəran” adlandırırlar, yəni şiələrin yaşadığı yer.

Sufi alimi Şeyx Zahidin türbəsi Şıxəkəran kəndinin qəbiristanlığında yerləşir. O, səfəvi hökmdarı I Şah İsmayılın ulu babası olub. Şeyx Zahid 1300-cü ilin mart ayında Siyavar kəndində (Lənkəran rayonu) vəfat edib, orada da dəfn olunmuşdur, lakin onun qəbri sonradan Hiləkəran (indiki Şıxəkəran) kəndinə köçürülmüşdür.

Kənddə 1930-1964-cü illərdə kolxoz təsərrüfatı, 1964-1996-cı illərdə sovxoz təsarrüfatı fəaliyyət göstərmişdir.

2011-ci ildə Şıxəkəran inzibati ərazi dairəsi yaradılmışdır və onun mərkəzi Şıxəkəran kəndi elan olunmuşdur. 2017-ci ilin məlumatına əsasən, kənddə 3224 nəfər yaşayırdı. Hazırda yerli əhali əsasən tərəvəzçilik, heyvandarlıq və taxılçılıqla məşğul olur.

Mənbələr:

  1. Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.
  2. Aqşin Mistanlı. Cənub Bölgəsinin abidələr ensiklopediyası. Bakı 2020.
  3. A. A. Мамедов, M. Г. Гусейнзаде. Талыши история и культура. Баку-2009.
Foto Cenublu.az
Foto Cenublu.az

 

Foto Cenublu.az
Foto Cenublu.az