SON XƏBƏRLƏR

Kənd Lənkəran-Bakı şose yolunda, Xəzər dənizi sahilində, rayon mərkəzindən 8 km şimal-qərbdə yerləşir.

Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm”, Səidəli Kazımbəyoğlunun “Cavahirnameyi Lənkəran” və Mirzə Əhməd Xudaverdinin “Əxbarnamə” kitablarında kəndin adı “Gamşavan” (və ya Camışavan) kimi qeyd olunur. Keçmişdə kəndin ərazisi qamışlıq olduğundan burada çoxlu camış saxlanılırdı. Ehtimal edilir ki, kəndin adı “camış saxlanılan yer” mənasında olaraq, belə adlandırılmışdır.

Həmçinin kəndin adı fars dilində “gav” (öküz, mal), “mış” (qara), “avan” (şəkilçidir və peşə mənasını bildirir), yəni mal-qara ilə məşğul olan deməkdir.

Tədqiqatçı-müəllim A.Əhmədovun məlumatına görə, İranın Təbriz yaxınlığında da Gamışavan (Camışavan) kəndi var. Onun dediklərinə əsasən, XVI-XVII əsrlərdə oradan bir neçə ailə bu əraziyə köçərək, yeni Gamışavan yaşayış məntəqəsi yaradılıb.

Rus generalı P.S.Kotlyarevski 1813-cü ildə Talış xanlığını işğal etdikdən sonra, Gamışavan kəndinə özünün doğulduğu Xarkov quberniyasının Kupyan qəzasının Olxovatka (Olxovka) adını verib. Lakin “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti” kitabında qeyd olunur ki, XIX əsrin ikinci yarısında Suxumidən (Gürcüstan) gəlmiş Novo Afon monastırının keşişləri, bu yaşayış məntəqəsinə Olxovka adı veriblər. Buna səbəb isə, ərazidə yetişən qızılı rəngli cil bitkisinin bir növünün adıdır. Keşişlər quru balığı istehsal etmək üçün həmin bitkini yığıb yandırırdılar.

Akademik Budaq Budaqov və coğrafiya elmləri namizədi Nadir Məmmədov bu kənd haqqında yazıblar: “Olxovka kəndinin əvvəlki adı Gomuşavan olub. Yaşayış məntəqəsinin adı XIX əsrin sonlarında Tambov (Rusiya) vilayətindən köçürülmüş bir qrup rusların bu yerdə məskunlaşması ilə əlaqədar olaraq yaranmışdır. Olxovka sözü rus dilində “qızılağac cəngəlliyi” mənasını verir”.

29 aprel 1992-ci ildə Olxovkanın adı dəyişdirilərək Göyşaban adlandırılmışdır.

1915-ci ilə olan “Qafqaz təqvimi”-ndə əhalinin siyahıyaalınması məlumatına əsasən, Olxovka (indiki Göyşaban) kəndində 265 nəfərin yaşadığı qeyd olunub. 2017-ci ilin statistik məlumatına əsasən, bu kənddə 3691 nəfər yaşayırdı.

Mənbələr:

  1. Кавказский календарь на 1915 год. Тифлис-1914.
  2. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. Bakı-2007.
  3. Budaq Budaqov, Nadir Məmmədov. Azərbaycan Lənkəran regionu toponimlərinin izahlı lüğəti. Bakı-2008.
  4. Mirhaşım Talışlı Etibar Əhədov Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.
  5. İldırım Şükürzadə. Lənkəran toponimləri. Bakı-2012.
  6. https://multikultural.az/az/milli-azliqlar/97/lenkeran-blgesinde-rus-kendleri/
  7. http://anl.az/down/meqale/olaylar/2011/noyabr/213149.htm
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər